BAKI, TurkicWorld
Tayvanın şərqində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin Hualien şəhərindən 70 km cənubda yerli vaxtla saat 19:00-da (Türkiyə vaxtı ilə 14:00) baş verdiyini açıqlayıb.
Zəlzələ Tayvanın paytaxtı Taybeydə də hiss olunub.
Rəsmi mənbələr zəlzələ nəticəsində insan tələfatı və ya maddi ziyanla bağlı məlumat verməyib.