BAKI, 11 iyun. TELEQRAF
“Qlobal ticarət müharibəsinin eskalasiyası, tariflərin nəticələrinə dair qeyri-müəyyənlik və onların qlobal ticarət həcmlərinə, təchizat zəncirlərinə, investisiyalara, beynəlxalq əlaqələrə təsiri qlobal iqtisadiyyat üçün əhəmiyyətli dərəcədə mənfi şok yaradır”.
Teleqraf xəbər verir ki, bu barədə"Fitch Ratings"in bəyanatında deyilir.
Reytinq agentliyi xəbərdarlıq edir ki, dövlət maliyyə sektoru 2025-ci ilə qədər müdafiə xərcləri, yavaş iqtisadi artım və faiz xərcləri səbəbindən təzyiq altında qalacaq.
Bundan əlavə qurumun analitiklərinin fikrincə, davam edən müharibələr, ABŞ-Çin mübahisəsi, Vaşinqtonun dəyişən xarici siyasəti səbəbindən geosiyasi şərtlər yüksək risk altında qalacaq.