“Bavariya”dan ayrılacağı gözlənilən Leroy Sane karyerasını Türkiyədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, vinger “Qalatasaray”la anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İstanbul klubu oyunçu ilə illik 12 milyon avro maaş qarşılığında razılaşıb.
Sanenin “Bavariya” ilə müqaviləsi başa çatır. O, azad agent kimi “cim-bom”a keçəcək.