Ermənistanın Çəmbərək şəhərində yaşayış binasında qaz partlayışı baş verib. Respublikanın fövqəladə hallar xidmətinin məlumatına görə, 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Əməliyyat məlumatlarına görə, partlayış Böyük Tiqran küçəsində yerləşən yaşayış binasının beton döşəmələrinin dördüncü mərtəbəyə qədər uçmasına səbəb olub.
Bitişik girişə də ziyan dəyib. Hadisənin səbəbləri müəyyənləşdirilir. Xilasedicilər dağıntılar altında daha üç qurbanı axtarır.
//Samir Qurbanov, Editor.az