AZ

Tanınmış kluba sponsor olmaq istəyən iş adamı faciəli şəkildə öldü

Krakovun xəstəxanalarından birində ABŞ vətəndaşı, polyak əsilli iş adamı Tomas Kokosinski vəfat edib.

Publika.az xəbər verir ki, hadisə iyunun 4-də yerli restoranlardan birində baş verib. Kokosinski yemək yeyərkən boğulub və huşunu itirib. Bir neçə gün ağır vəziyyətdə xəstəxanada süni nəfəs aparatına qoşulmuş vəziyyətdə qaldıqdan sonra, iyunun 10-da vəfat edib.

O, Polşanın “Visla” 5 milyon avro yatırım etməyi planlaşdırırdı. Məlumata görə, Kokosinskinin Krakov təmsilçisinin səhmlərinin bir hissəsini alması ilə bağlı danışıqlar bir neçə ay davam edib və artıq yekun mərhələyə çatmışdı. O, yaxın günlərdə klubun hesabına ilk tranş olaraq 1 milyon avro köçürməli, üç ay ərzində isə bütün hüquqi və maliyyə detalları rəsmiləşdirilməli idi.

Seçilən
32
1
publika.az

2Mənbələr