AZ

Papa və Quterreş Vatikan görüşündə qlobal böhranları müzakirə edib

BAKI, TurkicWorld

Papa və BMT baş katibi Vatikan görüşündə qlobal böhranları müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Katolik dünyasının ruhani lideri Papa XIV Leo bu gün səhər saatlarında Vatikanda BMT baş katibi Antonio Quterreşlə görüş keçirib.

Vatikanın yaydığı açıqlamada bildirilir ki, görüş zamanı beynəlxalq sülh səyləri, BMT-nin qarşıdan gələn sammitləri və dünyada davam edən böhranlara dair mövzular ətrafında fikir mübadiləsi aparılıb. Quterreş, həmçinin Vatikanın dövlət katibi kardinal Pietro Parolin və xarici işlər naziri Monsenyor Pol Riçard Qallagerlə də ayrı-ayrılıqda görüşüb.

Bəyanatda qeyd olunub ki, Vatikan BMT-nin qlobal sülhün bərqərar edilməsi istiqamətindəki təşəbbüslərini dəstəklədiyini bildirib.

Seçilən
60
turkic.world

1Mənbələr