AZ

Dövlət qurumlarının avtomobilləri hərracda

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) iyunun 10-11-də keçirdiyi növbəti hərraclarda 4 səhmdar cəmiyyətinin (SC) səhm paketi və 8 nəqliyyat vasitəsi satılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərraclarda "Azinterservis" ASC-nin 30 %-lik səhm paketi 133 167 manata özəlləşdirilib. Bununla yanaşı, start qiyməti 21 000 manat olan "Toyota Land Cruiser Prado" markalı avtomobil 22 500 manata, 7 800 manat olan "Toyota Avalon" markalı avtomobil isə 8 500 manata satılıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3MZkkp linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar iyunun 18-də və 24-də keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
baku.ws

2Mənbələr