Bakı. Trend:
Avstriyanın Qrats şəhərində yerləşən bir məktəbdə silahlı hücumtörədən 21 yaşlı Arturun atası Ermənistan əsillidir, anası isəAvstriyadandır.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, hadisəni törədən 21 yaşlı gəncvalideynlərinin ayrılmasından sonra anası ilə birlikdəyaşayırdı.
Məlumata görə, o hadisənin baş verdiyi məktəbin keçmiş məzunuolub.
Hadisədən sonra Avstriya polisi Arturun yaşadığı evdə axtarışaparıb və kustar üsulla hazırlanmış partlayıcı qurğuaşkarlayıb.
Xatırladaq ki, hadisə ilə əlaqədar ölkədə üçgünlük milli matəmelan edilib. Hadisə nəticəsində 11 nəfər ölüb.