AZ

Xaçmazda döşəməsi çökən məktəbin acınacaqlı vəziyyəti - FOTOLAR

Xəbər verdiyimiz kimi bu gün Xaçmaz rayonu Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birinin döşəməsində çökmə qeydə alınıb.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

 Quba-Xaçmaz Regional Təhsil İdarəsindən təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görüldüyü qeyd edilir.

Sitat.info Qobuqıraq kənd orta məktəbinin fotosunu əldə edib. Fotodan da göründüyü kimi kənd məktəbi qəzalı durumdadır. Pilləkənlər aralanıb, dam örütüyü köhnəlib. 

Diqqət çəkən məqamlardan biri isə məktəbin bir hissəsi kənardan yaşayı evini xatırladır, standartlara uyğun inşa olunmayıb. Pəncərələr yararsız hala düşüb.

Seçilən
79
1
sitat.info

2Mənbələr