Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti rəqibi müəyyənləşib.
Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Belarusda təlim-məşq toplanışında olacaq.
Bu məqsədlə yığmamız iyunun 25-də Minskə yollanacaq.
Komandamız iyunun 28-də və iyulun 1-də Belarus yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oyunların təşkil olunacağı stadion və başlanma saatı barədə daha sonra məlumat veriləcək.