"Qərbi Azərbaycan bizim əzəli ata-baba torpağımızdır".
Bu sözləri “Report”un Şimal bürosuna açıqlamasında iyunun 11-də Qubada keçirilən “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır” mövzusunda konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
"Qərbi Azərbaycan İcmasının regionlarda keçirilən tədbirləri davam etdirilir. Budəfəki tədbirimiz Quba rayonunda keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsədimiz "Qərbi Azərbaycana qayıdış" ideyasını yerlərdə soydaşlarımıza çatdırmaqdır. Hesab edirəm ki, bu tədbirimiz də möhtəşəm keçdi. Biz Qərbi Azərbaycan həqiqətlərini, soydaşlarımızın hüquqlarını tədbir iştirakçılarına çatdırdıq. Belə tədbirlər bizi tarixi torpaqlarımıza bir addım da yaxınlaşdırır. Növbəti tədbirimiz iyunun 18-i Şabran rayonunda keçiriləcək", - QAİ sədri bildirib.