"Azərreyl" komandası heyətini cənubi koreyalı voleybolçu ilə gücləndirib.
Klubdan "Report"a verilən məlumata görə, “dəmiryolçular” 24 yaşlı Sol Koonla anlaşıb.
Müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, oyunçu son olaraq Fransanın "Entend Sen Şamon" kollektivində çıxış edib.