AZ

Evində bu kondisionerdən varsa, təhlükədəsən – 1.7 milyon cihaz geri çağırılır

Sağlamlıqla bağlı şikayətlərin artmasından sonra rəsmi qurumlar bəzi pəncərə tipli kondisionerlərin insan sağlamlığı üçün təhlükə yaratdığını açıqlayıb. ABŞ və Kanadada satılmış təxminən 1.7 milyon kondisioner cihazı “təcili” kodu ilə geri çağırılmağa başlanıb.

“Bakuinfo” xəbər verir ki, bu tip kondisionerlər yay aylarında geniş istifadə olunsa da, indi ciddi xəstəlik riski ilə gündəmdədir. Küf yaranmasına səbəb olan texniki nasazlıq bu cihazların öskürək, asqırma və nəfəs darlığı kimi ağır simptomlara yol açmasına səbəb olub. İndiyə qədər 17 nəfərin bu səbəblə xəstəxanaya yerləşdirildiyi təsdiqlənib.

Problemin əsas səbəbi nədir?

Midea şirkətinin U və U+ modellərində suyun kifayət qədər boşaldılmaması nəticəsində cihaz daxilində küf yaranır. Bu küf havaya qarışaraq xüsusilə allergiyalı insanlarda ciddi sağlamlıq problemlərinə səbəb olur.

ABŞ-dan sonra Kanada da geri çağırma siyahısında

Təkcə ABŞ-da deyil, Kanadada da 46 minə yaxın kondisioner satılıb və bu məhsullar da geri çağırılacaq.

Geri çağırılan markalar bunlardır:

Midea, Comfort Aire, Danby, Frigidaire, Insignia, Keystone, LBG Products, Bay Cool, Perfect Aire, Sea Breeze

Bu cihazlar 2020-ci ilin mart ayından 2025-ci ilin may ayına qədər Costco, Best Buy, Home Depot, Menards və müxtəlif onlayn satış platformalarında 280–500 dollar aralığında satışda olub.

Rəsmi xəbərdarlıq:

Əgər sizdə bu modellərdən varsa, dərhal istifadəsini dayandırın və cihazınızın geri çağırma proqramına daxil olub-olmadığını yoxlayın.

Vüsal

Seçilən
68
bakuinfo.net

1Mənbələr