AZ

Vilayətinin Ermənistan üzərindən İranın Avropa ilə əlaqəsini qurmaq fikri Zəngəzur dəhlizinə qarşı çox uğursuz oldu...


İranın Ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinin açılmasının qarşısının məhz İran tərəfindən alındığı barədə fikir söyləyib. Bunun üzərində çox dayanmağa ona görə ehtiyac yoxdur ki, bu sayaq layihələrin qarşısını almaq İranın boyu tutan məsələ deyil və hər kəs bunu bilir. Rusiya, Türkiyə və Azərbaycan bunu həqiqətən istəsə İran ciddi müqavimət göstərə bilməz.

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

“Cənab Vilayətinin o fikri daha çox diqqət çəkdi ki, Zəngəzur dəhlizinin açılması İranın Avropa ilə bağlılığını kəsir...

Fikir verin, guya Ermənistanın ərazisi İrana Avropa ilə quru bağlantı qurmaq üçün lazım imiş və guya Zəngəzur dəhlizinin açılması İran üçün bu şansı bağlayır...

Elə bil uşaq başı aldadırlar. Zəngəzur dəhlizinin açılmasını istəmirsinizsə, bunu açıq demək daha ciddi olardı, nəinki qeyri-ciddi arqumentlər gətirib ifşa olunmaq...

Vilayəti 90-cı illərdə İranın xarici işlər naziri idi, o zaman Naxçıvana da gəlmişdi, Naxçıvan Dövlət Universitetində ümumi görüş də oldu. Təmkinli diplomat kimi xatirimdə qaldı. Lakin, lakin, təəssüf...

Ancaq İranın Avropa ilə quru əlaqəsinə Ermənistanın nə dəxli var? Məgər Ermənistanın özünün Avropa ilə quru bağlılığı var ki?! Ermənistan özü bunun üçün Gürcüstana möhtacdır, hələ Türkiyə ilə sərhədlərini aça bilməyib. Özü dalanda olan Ermənistan Avropaya çıxış açmaqda İran üçün hansı qapı rolunu oynaya bilər?

İrana Avropaya quru çıxış lazımdırsa, bunu Türkiyənin və Azərbaycanın üzərindən etmək daha rahat olardı.

Demək, İran üçün Zəngəzur dəhlizinin açılmasının əlverişsiz olması tam başqa səbəblərlə bağlıdır və İran burada Avropa ilə əlaqə məsələsini çox uğursuz arqumentlə əsaslandırır. Sadə səbəb budur ki, İranın Azərbaycana etimadı tam deyil, İran Ermənistanı çox yaxın müttəfiq sayır, ondan heç cür məsafə saxlamaq istəmir, bu səbəbdən Ermənistanla öz arasında heç bir dəhliz istəmir. Guya Zəngəzur dəhlizi açılsa, İranın Avropa ilə əlaqəsi kəsilər, bağlı qalsa isə Avropa ilə əlaqə mümkündür. Gülməli deyil?!

Bu dəhlizin Avropa ilə İranın bağlılığına heç bir maneçiliyi yoxdur. İstər açıq, istər bağlı qalsın...”

Tahir TAĞIYEV

Seçilən
47
baki-xeber.com

1Mənbələr