"Sabah" yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Seyidov 2018-ci ildən "Sabah"da çıxış edirdi.
O, "Sabah"ın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.
"Cebheinfo.az"