AZ

“Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” adlı yan tədbir keçirilib

Bakı. Trend:

“Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya,Ailədən Yaşıl İnkişafa” adlı yan tədbir keçirilib.

Trend xəbər verir ki, TürkDövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət SahəsinəMəsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində 11 iyun2025-ci il tarixində keçirilən tədbirdə Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılışnitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və mövzunun Türkdünyası üçün əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Orta Dəhliz məsələsi üzv dövlətlərin hər biriüçün yalnız nəqliyyat və logistika marşrutları kimi deyil, sülh,sabitlik və regional əməkdaşlıq üçün mühüm vasitə kimi qəbuledilməkdədir. Komitə rəsmisi dəyərlərin, mədəniyyətlərin və insanresurslarının şərqdən qərbə və əks istiqamətə keçidinə şəraityarada biləcək Orta Dəhlizin həm də ölkələr üçün dayanıqlı inkişafməqsədlərinə nail olmaq hədəfinə xidmət edən innovativ modellərinvə təcrübələrin əlçatanlığının əvəzsiz təminatçısı kimi çıxışetdiyini diqqətə çatdırıb.
B. Muradova bildirib ki, dayanıqlı inkişaf strategiyalarınınmərkəzində insan kapitalı, hədəfində isə birmənalı olaraq Ailədayanır. Bu səbəbdən müasir cəmiyyətdə ilk növbədə ailənindayanıqlılığı, uşaqların rifahı təkcə sosial siyasətin deyil, həmdə təhlükəsizlik, iqtisadi və rəqəmsal strategiyaların əsasprioritetindən biri olmalıdır: “Türk dövlətləri olaraq bizim ortaqdəyər sistemimizdə ailə müqəddəsdir, qadın isə həm ailənin, həm dəcəmiyyətin aparıcı qüvvəsi, qoruyucu dayağıdır. Qadının təhsildə,iqtisadiyyatda, dövlət idarəçiliyində və texnologiyada, xüsusilə dərəqəmsal transformasiyada rolu nə qədər artarsa, cəmiyyətlərimiz dəbir o qədər dayanıqlı və çevik inkişaf edə bilər” - deyə o əlavəedib.

Azərbaycanda ailə mühiti ilə rəqəmsal reallıq arasında balansınqorunmasına, qadınlar və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitinyaranmasında xüsusi önəm verildiyini vurğulayan Komitə rəsmisi qeydedib ki, bunun ən gözəl nümunələrini ölkəmizin hər yerində, ocümlədən işğaldan azad olunmuş şəhər və kəndlərimizdəinfrastrukturun yenilənməsində bariz şəkildə görmək olar.

“Yaşıl İnkişaf və Ekoloji Dəyərlər kimi anlayışların türkdünyasında bərqərar olmasına gedən yol ilk növbədə Ailədənbaşlayır” - deyən B. Muradova diqqətə çatdırıb ki, ekolojidəyişikliklərə uyğun sosial siyasətlərin formalaşdırılması və Yaşılİnkişafa keçid yalnız böyük texnoloji layihələr və beynəlxalqsazişləri ehtiva etmir, bu, hər bir ailədə – uşaqlarındünyagörüşündə, qadınların seçimlərində, ailələrin gündəlikdavranışlarında özünü göstərməli olan dəyər və məsuliyyət hissidir.O qeyd edib ki, Azərbaycan ailə yönümlü ekoloji siyasətlərə –məktəbəqədər təhsildən başlayaraq, qadın sahibkarlığında yaşıltəşəbbüslərin dəstəklənməsinə qədər – geniş bir yanaşma təqdimedir.

Çıxışının yekununda Komitə sədri qeyd edib ki, bu gün aparılanmüzakirələr geosiyasi əlaqələrimizi tamamlayan yeni sosial vəhumanitar əməkdaşlıq platformaları barədə mövqelərinuzlaşdırılmasına şərait yaradacaq, birlikdə formalaşdıracağımızstrategiyalar isə Türk dövlətlərini birgə gələcəyə daha inamlaaparacaq.

Daha sonra İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilətədbir davam edib. O, Orta Dəhlizin yalnız coğrafi məkan deyil,eyni zamanda mədəniyyətlərarası dialoq və dayanıqlı inkişafbaxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, onu həm dəbütöv bir ekosistem kimi dəyərləndirib. V. Qasımlı 360 dərəcəlikyanaşmanın geosiyasətdən tutmuş rəqəmsal transformasiyaya, ailə vəyaşlıların inkişafına qədər bir çox məsələləri əhatə etdiyinidiqqətə çatdıraraq, Orta Dəhlizi həm də sosial-iqtisadi,sivilizasiyalararası və mədəniyyətlərin sintez olunduğu bir məkankimi, geniş bir ekosistem kimi dərk etmənin vacibliyinivurğulayıb.

Panel müzakirələrdə iştirak edən Türkiyə Respublikasının Ailə vəSosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Orta Dəhlizin türkdövlətləri arasında ailə əlaqələrinin daha geniş formatdainkişafına töhfə verən bir layihə olduğunu qeyd edərək, quru ilədənizi birləşdirən nəqliyyat yolu yox, həm də xalqlarıyaxınlaşdıran mədəniyyət yolu olduğunu vurğulayıb.

Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə naziriSadık Gardiyanoğlu Türkdilli dövlətlərinin öz gücünü hər zamanailədən aldğını qeyd edərək, övladlarını şəhid verdiyi zaman “Vətənsağolsun” kəliməsini səsləndirən anaların baş tacı olduğunu deyib.O, Azərbaycanın Qarabağ zəfərindən də söz açaraq vurğulayıb ki,İkinci Qarabağ müharibəsi dövründə bütün türklərin qəlbiAzərbaycanda döyünürdü.
Çıxış edən TDT baş katibinin müavini Ömər Kocaman deyib ki, OrtaDəhliz sadəcə iqtisadi, ticari inkişafa əsaslanmır, dünyaölkələrinin mədəni inkişafına da töhfə verir. Mədəni inkişaf isəbirbaşa ailəyə təsir göstərir. Bu gün ailə məsələləri barədəölkələrimizin çox ciddi layihələri var: “Cəmiyyətin və xalqıninkişafında ailə önəmli rol oynayır və biz də TDT olaraq ailəniəhatə edən ortaq layihələr həyata keçirəcəyik” - deyə o əlavəedib.

Milli Məclisin deputatı, Milli Məclisin İqtisadi siyasət sənayevə sahibkarlıq komitəsinin üzvü
Tahir Mirkişili bildirib ki, ailə dəyərləri insan kapitalı vəiqtisadi artımın əsas şərtidir. Ailə dəyərləri ilə iqtisadi artımarasında əlaqə iqtisadçılar üçün aktual tədqiqat mövzularındanbirinə çevrilib və dünyada gedən dəyişikliklərin sürəti ailədəyərləri və inancların dəyişmə tempini üstələyir.

“Tarixdən gələcəyə: İpək Yolunun Mirası və Mədəni İnteqrasiya”mövzusunda çıxış edən Milli Məclisin deputatı, İctimai birliklər vədini qurumlar komitəsinin sədri Fazil Mustafa İpək Yolunun tarixiəhəmiyyətindən, onun mədəni əlaqələrin inkişafındakı rolundan və buirsin müasir dövrdə inteqrasiyaya verdiyi töhfələrdən bəhsedib.

Energetika nazirinin müavini Elnur Soltanov “Orta dəhliz vəenerji təhlükəsizliyi: Yaşıl Tranzit İmkanları” mövzusunda çıxışedərək, Azərbaycanın ənənəvi enerji sahəsində lokomotiv rolunuoynadığını, bu gün yaşıl enerji inqilabında da öncül mövqeyə sahibolmaq əzminə malik olduğunu qeyd edib. Onu da əlavə edib ki, süniintellekt və “yaşıl enerji” kimi yeni texnologiyalar Türk dünyasıüçün unikal imkanlar açır.

Natiqlər mədəni inkişafın birbaşa ailəyə təsir göstərdiyini qeydedərək, cəmiyyətin və xalqın inkişafında ailənin önəmli roloynadığını, TDT-nin ailəni əhatə edən ortaq layihələr həyatakeçirəcəyini diqqətə çatdırıblar.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir Bahar Muradovanın bağlanış nitqi ilə yekunlaşıb. O,tədbir iştirakçılarına fəal iştiraklarına və verdikləri töhfəyəgörə təşəkkür edərək, tədbirin ikinci gününə uğurlararzulayıb.

“Orta
“Orta
“Orta
“Orta
“Orta
Seçilən
63
1
az.trend.az

2Mənbələr