AZ

“Autosell” lizinq şirkəti vətəndaşın avtomobilini oğurladı

“Autosell” lizinq şirkəti ödənişini tamamlayan müştərisi Emin Abışovun avtomobilini oğurlayıb və aylardır geri qaytarmır.
Tribunainfo.az xəbər verir ki, hüquqları pozulan vətəndaş bu barədə Bakupost.az -a şikayətində bildirib.
E.Abışovun sözlərinə görə, lizinq şirkəti ödənişi tam bitən avtomobilin rəsmiləşdirilməsi prosesinə süni maneələr yaradır.
Məsələ, Emin Abışovun şirkətdən iki avtomobil — biri öz istifadəsi (İnfinity FX 50), digəri (BMW 750) isə Türkiyə vətəndaşı olan iş ortağı üçün götürməsi ilə başlayıb. O, öz avtomobilinin ödənişlərini cədvələ uyğun şəkildə ödəyib:
“Türkiyəli iş ortağım ödənişləri gecikdirdi. Mənimlə əlaqə saxladılar, bütün məlumatları onlara verdim. Uzun müddət sonra “BMW”ni Şəmkirdə tapdılar. Avtomobilin gətirilməsində onlarla birlikdə iştirak etmək istəsəm də, lizinq şirkəti bununla razılaşmadı. Onlar avtomobili sürərək Bakıya gətirdilər. Amma sonra məlum oldu ki, avtomobilin mühərriki dağıdılıb. Şirkətin bəzi əməkdaşları bildirdilər ki, avtomobil Bakıya gətirildikdən sonra istifadə olunub və nəticədə mühərrikində problemlər yaranıb. Onu təmir etdirməyə çalışsalar da, bacarmayıblar. Sonra sökülmüş mühərrik avtomobilin salonuna qoyulub. Bu şəkildə lizinq şirkətinin həyətində saxlanılır. Buna baxmayaraq, mən dedim ki, ayda 500 manat ödəyim, “BMW”ni götürüm, lakin daha yüksək qiymət dedilər”.
Seçilən
48
tribunainfo.az

1Mənbələr