AZ

Məktəbəhazırlıq səviyyəsi məktəbəqədər təhsilə aid edilməlidir – Şahin Seyidzadə

Bakı. Trend:

Bu gün məktəbəqədər təhsil uşaqların təxminən 30 %-ni əhatə edirvə 2026-cı ilin sonunadək bunun 50 %-ə çatdırılması məqsədqoyulmuşdur. Müzakirə olunan qanuna dəyişikliklər məktəbəqədərtəhsilin əhatə dairəsini genişləndirməyə imkan yaradacaqdır. Eynizaman qanunda təqdim olunmuş dəyişikliklər kazusun üzə çıxmasınaşərait yaradır.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü ŞahinSeyidzadə komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və“Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsibarədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, gələcəkdə belə bir kazusla üzləşməməküçün bir neçə qanunlarda dəyişiklik edilməsinə ehtiyac yaranır:

"“Təhsil haqqında” Qanuna görə, məktəbəhazırlıq mərhələsi ümumitəhsil pilləsinə daxildir, məktəbəqədər təhsil pilləsinə daxildeyil. Bir tərəfdən qanunda məktəbəhazırlıq mərhələsi ümumitəhsilpilləsinə daxildir, digər tərəfdən məktəbəqədər təhsilin əhatədairəsini genişləndirmək məqsədilə məktəbəqədər təhsilin təşkiliqaydasında məhz məktəbəhazırlıq mərhələsinin qeyd edilməsi birkazus yaradır. Yəni bir qanun görə bu ümumtəhsil pilləsinə aiddir,digər qanun və təqdim olunan dəyişikliklər uyğun məktəbəhazırlıqməktəbəqədər təhsilə aid olunur".

"Bildiyimiz kimi məktəbəhazırlıq təhsil mərhələsi bu gün 100%əhatə olunmur və icbari deyil. Bu günki qanunvericiliyə uyğunolaraq məktəbəhazırlıq ümumi orta təhsil səviyyəsinə daxil olduğuzaman bu müvafiq Konstitusiya maddəsi ilə də kazus yaranır. YəniKonstitusiya uyğun olaraq orta təhsil icbaridir, o zaman ümumi ortatəhsil pilləsinin məktəbəhazırlıq səviyyəsi də icbari olmalıdır.Ümumiyyətlə isə, “məktəbəhazırlıq” termininin mahiyyəti məhz ümumiorta təhsilə qədər olan dövrü əhatə edir. Yəni məktəbəhazırlıqtəhsili ümumi orta təhsil pilləsinə daha çox yox, məktəbəqədərpilləsinə daxil etmək doğru olardı. Bu dəyişikliyi etməklə,yuxarıda qeyd olunan kazus aradan götürüləcəkdir", - deyə ŞahinSeyidzadə əlavə edib.

Məqalədə:
Seçilən
46
az.trend.az

1Mənbələr