AZ

Orta Dəhlizin inkişafı marşrut boyunca yerləşən bütün ölkələrin iqtisadi yüksəlişinə təkan verəcək - Azər Qarayev

Bakı. Trend:

Qlobal nəqliyyat sistemində baş verən dəyişikliklər, geosiyasigərginliklər və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar, sonillərdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - digər adıilə Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Çindən Avropayaqədər uzanan bu alternativ marşrut, həm Şimal, həm də Cənubdəhlizlərinə rəqib kimi çıxış edir və geoiqtisadi sistemdə mühümdəyişikliklərə səbəb olur. Bu marşrutun inkişafı, şübhəsiz ki,dəhliz boyunca yerləşən bütün ölkələrin iqtisadi yüksəlişinə təkanverəcək.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan,Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrinibirləşdirən multimodal bir yol xəttidir. Bu marşrut dəniz, dəmiryolu və avtomobil nəqliyyatı vasitəsilə inteqrasiya edilmiş şəkildəfəaliyyət göstərir. Orta Dəhliz Qərbi Çinlə Avropanı birləşdirənŞimal və Cənub dəhlizlərinə nisbətən daha sürətli və təhlükəsiz biralternativ təklif edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindənsonra Şimal dəhlizi ilə daşınmalarda yaranan çətinliklər OrtaDəhlizin əhəmiyyətini bir neçə dəfə artırıb. Bu yeni reallıqlarfonunda Azərbaycan Orta Dəhlizin əsas aparıcı gücünə çevrilir. Bakıyalnız coğrafi deyil, həm də siyasi iradəsi, iqtisadi gücü vənəqliyyat infrastrukturuna yatırdığı böyük sərmayələrlə dəhlizinəsas hərəkətverici qüvvəsidir", - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm də Orta Dəhlizdə təşəbbüskardövlət kimi çıxış edir.

"Tarixən İpək Yolunun mərkəzində yerləşən ölkəmiz, müasir dövrdədə öz strateji mövqeyini qoruyub saxlayır. Son illərdə Prezidentİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastrukturlayihələri - Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq DənizTicarət Limanı, modernizasiya edilən dəmir yolları və avtomobilmagistralları - Azərbaycanın Orta Dəhlizin “ürəyi” olmasına imkanyaradıb", - A.Qarayev qeyd edib.

Poti limanındakı yeni terminaldan danışan A.Qarayev qeyd edibki, bir neçə gün öncə Gürcüstanın Poti limanında multimodalkonteyner terminalının - “Poti TransTerminal”in açılışı OrtaDəhlizin inkişafında növbəti mühüm mərhələ oldu.

"Açılışda Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistandanolan rəsmi nümayəndələr iştirak etdilər. Bu terminalınlayihələndirilməsi, tikintisi və nəzarəti Azərbaycan şirkəti - ZAOINNOPRO tərəfindən həyata keçirilib. Bu fakt özü Azərbaycanındəhlizdə nə qədər aktiv rol oynadığını və region ölkələrinətexnoloji, mühəndislik sahələrində dəstək göstərdiyini sübut edir.Poti terminalı Qara dəniz üzərindən yük axınlarını daha çevikşəkildə yönləndirmək üçün kritik nöqtəyə çevriləcək. Gürcüstanın busahədəki rolu Azərbaycanın qərbə çıxışı üçün əlavə imkanlaryaradır. Orta Dəhlizin uğurlu fəaliyyəti yalnız infrastrukturdanyox, həm də siyasi-iqtisadi koordinasiyadan asılıdır. Bu baxımdan,son illərdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Özbəkistanarasında formalaşan regional əməkdaşlıq platforması strateji önəmdaşıyır. 2022-ci ildən etibarən bu ölkələr arasında koordinasiyaşuraları yaradılıb, tariflərin harmonizasiyası, gömrükprosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma və "bir pəncərə"sisteminin tətbiqi kimi təşəbbüslər reallaşdırılır. Azərbaycanburada həm təşəbbüskar, həm də icraçı rolu oynayır", - obildirib.

Politoloq vurğulayıb ki, Orta Dəhlizin daşıma qabiliyyətininartırılması üçün Azərbaycan hökuməti son 15 ildə böyük sərmayələryatırıb. Onun sözlərinə görə, Azərbaycan üçün növbəti stratejimərhələ Zəngəzur dəhlizinin reallaşdırılmasıdır.

"Bu dəhliz Orta Dəhlizi daha da gücləndirəcək və Ermənistanüzərindən Naxçıvana, oradan Türkiyəyə uzanan yeni yol xəttiyaradacaq. Zəngəzur dəhlizi yalnız nəqliyyat deyil, həm də siyasivə iqtisadi inteqrasiya layihəsidir. Bu dəhlizin işə düşməsi OrtaDəhlizin cənub qolunu daha funksional edəcək və Azərbaycanınlogistik lider statusunu möhkəmləndirəcək. Bundan əlavə, Avropaİttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq çərçivəsindənəqliyyat və enerji əməkdaşlığı daha da dərinləşməsi də OrtaDəhlizi bu kontekstdə Avropaya həm enerji resurslarının, həm də yükdaşımalarının çatdırılması baxımından mühüm xəttə çevirib. AvropaKomissiyası dəhlizin rəqəmsallaşdırılması, yaşıl texnologiyalarıntətbiqi və sürətli logistika platformalarının yaradılmasına dairmaliyyə və texniki dəstək verir. Bu da Azərbaycanın beynəlxalqəməkdaşlıq platformalarında artan rolunu göstərir", - politoloqbildirib.

A.Qarayev qeyd edib ki, gələcəkdə Orta Dəhlizin rəqabətqabiliyyətini qoruyub saxlaması üçün 3 əsas istiqamət ön planaçıxır. Bunlar rəqəmsallaşma, dayanıqlılıq və innovasiyalardır.

"Orta Dəhliz artıq təkcə nəqliyyat marşrutu deyil - bu, siyasi,iqtisadi və geostrateji platformadır. Azərbaycan bu dəhlizin“beyni” və “ürəyi” kimi çıxış edir. Hazırda atılan addımlar vəbeynəlxalq tərəfdaşlıqlar onu göstərir ki, Azərbaycan yalnız regionüçün deyil, Avrasiya üçün də mühüm nəqliyyat və logistik mərkəzəçevrilir", - o əlavə edib.

Məqalədə:
Seçilən
49
2
az.trend.az

3Mənbələr