Yarımmüdafiəçi Teyani Reynders "Milan"dan "Mançester Siti"yə keçib.\
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şəhərlilər" niderlandlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu 2024/25 mövsümü üçün A Seriyasında ilin yarımmüdafiəçisi seçilib. O, 54 matçda 15 qol vurub.