"Qalatasaray" dünya ulduzu ilə anlaşdı -
"Bavariya" ilə yeni müqavilə barədə razılığa gələ bilməyən Leroy Sane karyerasını Türkiyədə davam etdirəcək. Metbuat.az xəbər verir ki, futbolçu " Qalatasaray"la anlaşıb. "Bild" nəşrində dərc edilən xəbər görə, tərəflər müqavilə bağlamaq üzrədir. Qeyd edək ki, bundan əvvəl "Bavariya"nın futbolçuya 10 milyon avro məvacib və 5 milyon avroya qədər bonus təklif etdiyi irəli sürülmüşdü. Leroy Sane isə klubdan illik 12 milyon avro məvacib və 3 milyon avro bonus tələb edib. Tərəflər razılığa gələ bilməyib. Leroy Sanenin "Bavariya" ilə müqaviləsi yekunlaşmaq üzrədir. O, 2020-ci ildə "Bavariya"da çıxış edir.