ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə danışıqlar prosesindən çıxmağı planlaşdırmır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb amerikalı liderlə oynadığı qolf oyunundan sonra NHK nəşrinə verdiyi müsahibədə bildirib.
Jurnalistlərlə söhbətində Stubb qeyd edib ki, Tramp ilə tez-tez telefonla danışır və onun danışıqlarda iştirakdan imtina etmək istədiyinə dair “heç bir əlamət görmür”.
“Stubb deyib ki, Tramp sülh sazişi istəyir və Rusiya Prezidenti Vladimir Putini bu istiqamətdə işləməyə razı salmağa çalışır”, – deyə nəşr onun sözlərini sitat gətirib.