AZ

Xətai rayonunda yaşayış binası qəzalı vəziyyətə düşüb - Sakinlər narahatdırVİDEO

Söhbət Xətai rayonu, NZS yaşayış məntəqəsi, Marat Əmirxanov küçəsi, 9 ünvanında yerləşən yataqxana tipli yaşayış binası qəzalı vəziyyətə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, binanın divarları çartlayıb, tavan uçub-tökülür, otaqlarsa rütubətlidir.

Sakinlər deyir ki, bina illərdir qəzalı vəziyyətdədir və təhlükə saçır. Onlar divarların və tavanın hər an başlarına uçmasından qorxurlar.

Sakin Lalə Vaidova deyir ki, yağış yağanda bütün otaqlar su içində qalır.

Sakinlər deyirlər ki, mənzillərini dəfələrlə öz vəsaitləri hesabına təmir ediblər, lakin artıq təmir etmək də mümkün deyil.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayon ərazisində istismar müddətini başa vurmuş 100-dən çox bina var. Sözügedən bina artıq paytaxtdakı qəzalı binaların siyahısına daxil edilib və plana uyğun olaraq mərhələli şəkildə söküləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
24
2
xezerxeber.az

3Mənbələr