AZ

Tramp Ukrayna danışıqlarını davam etdirir - Avropa isə sanksiyaları artırır

BAKI, 11 iyun. TELEQRAF

Finlandiya Prezidenti Alexander Stubb söyləyib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə danışıqlardan geri çəkilmək niyyətində deyil vəmünaqişəyə son qoymağa daim sadiqdir.

Teleqraf xəbər verir ki, Stubb bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

“Mən Prezident Trampla tez-tez telefonla danışıram və onun Ukrayna üzrə danışıqlardan geri çəkiləcəyinə dair heç bir əlamət yoxdur", -deyə o söyləyib.

Finlandiyanın dövlət başçısı vurğulayıb ki, Avropa ölkələri Rusiya üzərinə tətbiq olunan sanksiyaların daha da gücləndirilməsini tələb edəcək.

Onun fikrincə, bu addımlar münaqişənin həllinə yönəlib.

Qeyd edək ki, Finlandiya Xarici İşlər Nazirliyi mayın 26-da Rusiya təyyarəsinin Finlandiya hava məkanını pozması iddiası ilə rusiyalı diplomat Pavel Kuznetsovu rəsmi qaydada çağırıb və etiraz notası təqdim edib. Bu, Rusiyanın Helsinkidəki səfirliyinə ünvanlanmış etiraz tədbirlərinin sonuncusudur.

Seçilən
55
teleqraf.com

1Mənbələr