"Red Bull" komandasının pilotu Maks Verstappen qarşıdan gələn Kanada Qran-Prisi ərəfəsində komandanın gözləntiləri və hazırlığı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli pilotçu bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Barselonadakı mərhələ bizim üçün məyusedici oldu. Əlimizdən gələni etsək də, yarış istədiyimiz kimi alınmadı. Üç Qran-Pridən ibarət ardıcıl seriyadan sonra qısa bir fasilə verdik. Bu vaxt ərzində mən Hangar-7-yə baş çəkdim və onun yenidən açılışını komanda ilə birlikdə qeyd etdim”
Niderlandlı pilot qarşıdan gələn Kanada mərhələsini səbirsizliklə gözlədiyini də vurğulayıb:
“Kanada trası unikaldır – burada bir neçə yüksək səviyyəli kerblər və bol sayda ötmə imkanı var. Düzgün sazlanma seçmək həlledici olacaq. Ötənilki yarış olduqca maraqlı keçmişdi və biz qələbə qazanmışdıq. Bu həftə də yaxşı nəticə göstərməyə ümid edirik. Görünür, bu il hava şəraiti bir qədər daha əlverişli olacaq. Nə baş verəcəyini görəcəyik.”
Qeyd edək ki, Kanada Qran-Prisi 13–15 iyun tarixlərində keçiriləcək.