AZ

"Neymar hazır olanda istənilən mövqedə oynaya bilər"

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti, 2026 Dünya Çempionatının seçmə mərhələsində Paraqvay üzərində 1:0 hesablı qələbədən sonra "Santos"un hücumçusu Neymarın yığmadakı potensial roluna toxunub.

90deqiqe.Az xəbər verir ki, "Globo" nəşri təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb. 

"Oteldə görüşdük və qucaqlaşdıq. Neymar formaya düşdükdən sonra meydanın istənilən nöqtəsində oynaya bilər. Bu oyunda da o, Kunya ilə eyni funksiyanı yerinə yetirə, 'onluq' kimi çıxış edə bilərdi. Bu mövqedə o, həqiqətən də çox təhlükəli ola bilər"

Xatırladaq ki, Neymar Dünya Çempionatının seçmə mərhələsində Ekvador və Paraqvayla oyun üçün milliyə çağırılmayıb.

Braziliya 25 xalla KONMEBOL-un seçmə turnirində üçüncü yerdədir. Komanda təsnifat mərhələsinin bitməsinə iki tur qalmış turnirə birbaşa daxil olmağa zəmanət verməyən pley-off zonasından yeddi xal qabaqlayır.

Seçilən
33
90deqiqe.az

1Mənbələr