Biz ABŞ-ın bölgədəki bütün bazalarına zərbələr endirməkdən çəkinməyəcəyik. Bunu İranın müdafiə naziri Əziz Nəsirzadə deyib. Onun sözlərinə görə, hərbi münaqişə tətbiq edilərsə, qarşı tərəfin itkiləri qaçılmaz olaraq daha çox olacaq və bu, ABŞ-ı regionu tərk etməyə məcbur edəcək. “Keçən həftə biz 2 ton ağırlığında döyüş başlığı olan raketi uğurla sınaqdan keçirdik”, deyə o qeyd edib.
Surxay Əliyev