
Hindistanın Uttar-Pradeş ştatında bir qadın, cehiz üstündə mübahisə zamanı ərinin cinsiyyət üzvünü dişi ilə kəsib. Bu barədə News9Live xəbər verib.Sambhal dairəsindən olan cütlük 2021-ci ildə evlənib. Bu müddət ərzində ər iddia edirdi ki, arvadının yaxınları ona çox az cehiz verib və daha çox tələb edirdi. Aralarında mübahisələr davamlı olub.Hadisə günündə cütlük növbəti dəfə mübahisə edib, sonra ər arvadına hücum edib. Mübahisə zamanı qadın dişləri ilə ərinin cinsiyyət üzvünü dişləyərək kəsib. Bundan sonra öz həyatına son qoymağa çalışıb.Nəticədə hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qadının yaxınları bildiriblər ki, o, təkcə ərindən deyil, həmçinin onun qohumlarından da davamlı zorakılığa məruz qalırmış.Polis bildirib ki, münaqişə tərəflərindən heç biri hələ rəsmi şikayət verməyib.Ulusum.az
Diqqət Çəkənlər
Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər
DİN: Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı
Greta Tunberq İsveçə qayıtdı – aeroportda fələstin bayraqları altında qarşılandı