Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real”ın prezidenti Florentino Peresin işi haqqında qənaətini açıqlayıb.
Arena.az “Cadena Ser” dərgisinə istinadən, ispan məmumurun müvafiq açıqlamasını təqdim edir:
“Barselona” hakimlərin işi ilə bağlı mövsüm ərzində iki dəfə şikayətlənir, amma “Real” narazılığını hər oyunda və özü də oyuna qədər də car çəkir. Amma onların çempionluq imkanı yox olduqdan sonra, onlar hakimlərin tənqidi ilə bağlı videolar yayımlamaqdan əl götürdülər. Onlar həqiqi əsasları bundan ibarətdir. Narahatlıq doğuracaq xüsusları olmadıqda, səsləri kəsildi.
“Real”la münasibətə gəlincə, onlar ümumilikdə elə, olmalı olduqları kimidirlər, idman yayımları ilə bağlı məsələlər istisna olmaqla. Hal-hazırda mənim, Florentino Pereslə heç bir əlaqəm yoxdur, belə ki, bizim, peşəkar futbolun təşkilinə dair baxışlarımız tamamilə fərqlidir. Florentino seçmə və oliqarx yanaşmaya dayanır, məsələn, Super Liqa misaslı. Biz isə fərqli yolu seçirik.
“Real”ın prezidenti açıq-aşkar bəyan edir ki, məni qovmağa hazırlaşır və İspaniyanın İdman üzrə Milli Şurası müvafiq qərarı dəstəkləyir. Buna rəğmən, klubların böyük əksəriyyəti mənim lehimə çıxış edirlər”, deyə Xavyer Tebas vurğulayıb.
