AZ

Diplomatik nömrə nişanlı avtomobil qəzaya uğradı - VİDEO

Syerra-Leone diplomatik nömrə nişanlı avtomobil Rusiyada qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, avtomobil Moskvanın Akademik Artsimoviç küçəsində idarəetmədən çıxaraq, Vətənpərvərlik parkında quraşdırılmış hərbi texnikaya çırpılıb.

Avtomobil uşaq mərkəzi və ticarət obyektinin yaxınlığındakı baryeri dəlib keçib. Xidməti avtomobildə qaradərili iki nəfər — bir kişi və bir qadın olub.

İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında halının pisləşməsi olub. Qəza baş verməzdən təxminən 15 dəqiqə əvvəl o, qarşıdakı mağazadan quru meyvə alıb.


Bizim.Media

Seçilən
25
bizim.media

1Mənbələr