AZ

Podolyak: Zelenski Rusiyaya qarşı sanksiyalar müqabilində səfərbərliyə razı olmayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin anti-Rusiya sanksiyaları müqabilində əsgərlik yaşının 18 yaşa endirilməsi ilə razılaşmayacaq.

“Report” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak “RBK-Ukrayna”ya açıqlamasında bildirib.

“Prezident qəti şəkildə belə bir ssenarinin həyata keçirilməsinin qeyri-mümkünlüyünə, yəni səfərbərlik yaşının 18-ə qədər azaldılmasına qəti şəkildə qarşıdır. Prezident bunu qəti şəkildə həyata keçirməyəcək”, - o deyib.

Podolyakın sözlərinə görə, Qərbdən gələn belə şərtlər qəribədir, çünki sanksiyalar Ukraynada hərbi çağırış yaşı ilə heç bir şəkildə bağlı deyil.

O həmçinin onu da qeyd edib ki, güclü sanksiyalar olacağı təqdirdə Rusiyaya pul axını xeyli azalacaq və o, öz adamlarını kifayət qədər sayda səfərbər edə bilməyəcək.

“Düşünürəm ki, Avropa sadəcə olaraq müəyyən kölgə gəlirindən imtina etmək istəmədiyini izah etməyə çalışır. İndiki halda söhbət Rusiyadan olan biznes layihələrindən gedir”, - PA rəhbərinin müşaviri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 18 yaşdan yuxarı gəncləri səfərbər etmədiyi üçün Qərb dövlətlərinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək istəmədiyini bildirmişdi.

Seçilən
25
report.az

1Mənbələr