AZ

"Sən demisən ki, bizə finalda kömək ediblər" - Messi özündən çıxdı

DÇ-2026-nın seçmə mərhələsinin 16-cı turu çərçivəsində səfərdə Kolumbiya yığması ilə 1:1 hesablı heç-heçə edən Argentina seçməsinin superulduzu Lionel Messi oyundan sonra rəqib futbolçu Xames Rodrigeslə onların Amerika Kuboku 2024-ün qalibi olmalarını tənqid etməsi barədə danışıb.

Fanat.Az xəbər verir ki, "TyC Sports" rəqiblərin dialoqunu belə çatdırıb:

Rodriges: Niyə? Mən axı heç nə deməmişəm.
Messi: Demisən. Sən demisən ki, bizə finalda kömək ediblər. Sən çox danışırsan...

Xatırladaq ki, sözügedən turnirin finalında Argentina məhz Kolumbiyanı 1:0 hesabı ilə yenmişdi.

Nihat

Seçilən
50
1
fanat.az

2Mənbələr