Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ABŞ-ın milli maraqlarına uyğundur.
NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset deyib.
“ABŞ Prezidenti Donald Tramp bu münaqişədə sülhə nail olmağa çalışır. Axırda sülh bizim milli maraqlarımıza xidmət edir”, – deyə Heqset Senatın büdcə komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna üzrə sülh sazişi ABŞ-ı daha da gücləndirəcək və dünyanın diqqət yetirməli olduğu əsas məsələləri göstərəcək.