AZ

Sabit tarifin tətbiqi kommunal ödənişləri artıracaq? - AÇIQLAMA

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, iyunun 10-da MilliMəclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində“Elektroenergetika haqqında” Qanunda dəyışiklik edilməsi barədəqanun layihəsi müzakirə edilib.

Sözügedən qanun layihəsi sabit tarifi elektrik enerjisininistehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərintənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanmasıməqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarifelementi kimi təsbit edir.

Müzakirələrdən sonra qanunvericiliyə yeni daxil ediləcəksabit tarif anlayışı vətəndaşlarda müəyyən suallaryaradıb.

Parlamentin təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin sədri Sadiq Qurbanov Trend-ə açıqlamasındabildirib ki, sabit tarif anlayışı vətəndaşların vəziyyətiniağırlaşdırmayacaq:

“Əgər vətəndaş eyni tarif dövründə, yəni bugünkü qiymətlərləistehlaka görə, məsələn aylıq 10 manat ödəyirdisə, həmin dövr üçünsabit tarif 1 manat müəyyənləşəcəksə, vətəndaş istehlaka görəmaksimum 9 manat ödəyəcək. Yəni 1 manat sabit tarif, 9 manat isəistehlaka görə, nəticədə yenə 10 manat ödəmiş olacaq. Yalnızistehlakı olmayan - yəni mənzili, bağ evi var, lakin enerjiistehlak etmir - abonentlər şərti olaraq 1 manat tarif haqqınıödəyəcəklər. Yəni bu gün üçün vətəndaşların vəziyyətinə mənfi təsiredəcək heç bir hal yoxdur.

Komitə sədri vurğulayıb ki, sabit tarif metodoloji qaydaya görə,əsaslı tarif elementlərindən biri kimi çıxış edir:

“Metodoloji qaydaya görə, sabit tarifin tətbiq olunmasıistehlakın tariflərinin, qiymətlərinin artması mənasına gəlmir.Burada söhbət mövcud vahid istehlak tarifinin təchizat xərclərininxarakterinə uyğun ondan ayrılmasından gedir. Yekunda istehlakçılartərəfindən tarif dövrü üzrə ödənilən ümumi tarif məbləğiartmayacaq”.

Seçilən
37
8
az.trend.az

9Mənbələr