Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin 16-cı turunda Kolumbiya ilə keçirilən oyunun sonunda (1:1) Lionel Messinin əvəzlənməsi haqda danışıb. Messi 78-ci dəqiqədə əvəzlənib.
Publika.az xəbər verir ki, mütəxəssis əvəzlənməsini Messinin özünün istədiyini bildirib.
“Onu dəyişmirdik. Amma dəyişikliyə hazırlaşdığımızı görəndə, özünün getməyinin daha yaxşı olduğunu dedi. Mənə bunu deməsəydi, onu çıxarmazdım”, – Skaloni deyib.