Qərb ölkələri Ukraynaya hərbi yardımı dayandırdıqda Ukraynadakı münaqişə sona çatacaq.
Axar.az xəbər verir ki, bunu "Zvezda"ya açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Əminəm ki, Qərbdə bir çox insanlar başa düşürlər ki, sülh istəyirlərsə, Ukraynaya hər hansı yardımı dayandırmalıdırlar və məsələ sülh yolu ilə siyasi və diplomatik yolla həll olunacaq", - Qruşko qeyd edib.