Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində yerləşən yeddi yaşayış məntəqəsini atəşə tutub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.
Malomixaylovkada FPV tipli dron dayanmış yük avtomobilinə hücum edib. Belyankada isə “QAZel” markalı avtomobil zərbə altına düşüb və zədələnib. Rjevkada dron elektrik ötürücü xəttini sıradan çıxarıb.
Kozmodemyanovka, Boqun-Qorodok və Dvuluçnoye yaşayış məntəqələri də hücuma məruz qalıb. Qladkovun sözlərinə görə, ilkin məlumatlara əsasən, xəsarət alan yoxdur.