İngiltərənin “Tottenhem” klubu baş məşqçi postuna Tomas Frankı təyin etməyə hazırlaşdığı bir vaxtda, onunla birlikdə “Brentford”un yarımmüdafiəçisi Mikkel Damsqoru da transfer etməyi planlaşdırır.
90deqiqe.Az-ın "CaughtOffside"ə istinadən yaydığı məlumata görə, 24 yaşlı oyunçuya “Tottenhem”dən əlavə “Aston Villa”, “Nyukasl”, “Vest Hem”, eləcə də İtaliyanın “Napoli” və “Milan” klubları da maraq göstərir.
London kluub hazırda danimarkalının agenti ilə danışıqlar aparır.
Damsqor 2022-ci ildən “Brentford”da çıxış edir və yaxın keçmişdə klubla 5 illik yeni müqavilə imzalayıb. Geridə qalan mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 43 oyuna çıxaraq 3 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
London təmsilçisi futbolçunun transferindən təxminən 50 milyon avro gəlir əldə etməyi hədəfləyir.