İsveç Latviyanı "Archer" artilleriya sistemləri ilə təmin edəcək və onları idarə etməyi öyrədəcək.
Bu barədə İsveçin müdafiə naziri Andris Spruds bildirib.
"İsveç Latviyanı 18 "Archer" artilleriya sistemi ilə təchiz etmək öhdəliyi götürüb. Birgə hərbi təlimlər, əsgərlərin təlimi və "Archer" artilleriya sistemlərinin effektiv mövcudluğu 2026-cı ildə başlayacaq", - o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Spruds əlavə edib ki, çatdırılma Latviyanın təhlükəsizliyinin təmin edilməsi çərçivəsində həyata keçiriləcək.