ABŞ -Çin ticarət razılaşması demək olar ki, tamamlanıb, qalan hər iki ölkənin liderlərindən yekun razılıq almaqdır.
ABŞ prezidenti Donald Tramp bu barədə bildirib.
“Çin ilə razılaşmamız qüvvədədir və mənim və prezident Si Cinpin tərəfindən yekun təsdiqi gözləyir”, - Tramp "Truth Social" -da yazıb.
Onun sözlərinə görə, nadir torpaq metalları Vaşinqtona Pekin tərəfindən tədarük olunacaq. Öz növbəsində ABŞ çinli tələbələr üçün təhsil müəssisələrində yerlər verəcək. Amerika lideri həmçinin vurğulayıb ki, ABŞ tariflərin 55%-ni, Çin isə 10%-ni alacaq.