AZ

Kevin De Bruyne “Napoli”yə keçməyə yaxındır

Belçikalı ulduz yarımmüdafiəçi Kevin De Bruyne karyerasını İtaliya A Seriyasında davam etdirməyə hazırlaşır.

90deqiqe.Az-ın "Sky Italia"ya istinadən yaydığı məlumata görə, təcrübəli futbolçu demək olar ki, “Napoli”nin yeni oyunçusuna çevrilib – ona yalnız tibbi müayinədən uğurla keçmək qalır. 

33 yaşlı futbolçunun tibbi baxışı cümə axşamı gününə təyin olunub. Müayinədə hər hansı ciddi problem aşkarlanmasa, De Bruyne “Napoli” ilə 2 illik müqavilə imzalayacaq. Müqavilədə əlavə olaraq bir il uzadılma opsiyası da nəzərdə tutulub.

Kevin De Bruyne son 10 mövsümü “Mançester Siti”də keçirib. Klub rəhbərliyi cari yay transfer dönəmində onunla yeni müqavilə imzalamamaq qərarına gəlib. Bununla da De Bruyne “şəhərlilər”dən ayrılaraq yeni mərhələyə qədəm qoyur.

Qeyd edək ki, “Napoli” son İtaliya çempionatının qalibi olub. Komandanın baş məşqçisi isə təcrübəli italiyalı mütəxəssis Antonio Kontedir.

Seçilən
68
90deqiqe.az

1Mənbələr