AZ

Media Nyu-Yorkda 80-dən çox etirazçının saxlandığını bildirib

Nyu-Yorkda polis ABŞ hökumətinin immiqrasiya siyasətinə qarşı iğtişaşlar və etiraz aksiyalarının 80-dən çox iştirakçısını saxlayıb.

Bu barədə yerli polisdəki mənbələrə istinadən "New York Post" (NYP) məlumat yayıb .

“Küçələrə qışqıraraq və plakat daşıyan nümayişçilərin polislə toqquşması və onlara qarşı əşyalar atması nəticəsində xaosa çevrilən kütləvi etiraz aksiyası zamanı 80-dən çox adam həbs edilib”.

Qəzetin yazdığına görə, toqquşma zamanı polis bibər qazından istifadə edib. Bildirilir ki, etirazçılar əvvəlcə meriya binası yaxınlığında toplaşaraq ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin şəhərdə və ölkə daxilində hərəkətlərinə qarşı çıxış ediblər.

Seçilən
42
aznews.az

1Mənbələr