Bakı. Trend:
Hindistanın əhalisi 1,5 milyard nəfərə yaxınlaşır.
Trend xəbər verirki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) yeni hesabatındadeyilir.
“Hal-hazırda Hindistan dünyanın ən çox əhalisi olan ölkəsidir:onda 1,5 milyarda yaxın insan yaşayır”, hesabatda qeyd edilir.
Bu göstəricinin təxminən 1,7 milyarda çatacağı, daha sonra isə,təqribən 40 ildən sonra əhali sayında azalmanın başlanacağıgözlənilir.
Fond 1960-cı ildə Hindistan əhalisinin təxminən 436 milyon nəfərolduğunu xatırladıb. O dövrdə bir qadına orta hesabla altı uşaqdüşürdü.