AZ

Sahibə Qafarova Astanada Ziya Öztürkler ilə qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanınpaytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament AssambleyasınınXIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC)Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, görüşdə Şimali Kipr TürkCümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler Prezident İlham Əliyevbaşda olmaqla, Azərbaycanın ŞKTC-yə dəstəyinə görə təşəkkür edib vəbunu çox yüksək qiymətləndirdiklərini bildirib.

O, Türk dünyasının bir parçası olaraq, TÜRKPA-nın XIV plenariclasında iştirakdan məmnunluğunu bildirərək, Azərbaycan MilliMəclisinin sədrliyi ilə TÜRKPA-nın uğurlu fəaliyyətinin təşkilatındaha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinəxidmət etdiyini vurğulayıb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Türkdünyasının birləşməsi istiqamətində göstərilən səyləri qeyd edərək,bu baxımdan TÜRKPA çərçivəsində fəal əməkdaşlığın parlamentlərimizarasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyinibildirib. Spiker Sahibə Qafarova Türk dünyasınıngücləndirilməsinin, Türk dövlətləri ilə əlaqələrin daha dagenişləndirilməsinin Azərbaycanın xarici siyasətininprioritetlərindən biri olduğunu qeyd edərək, Prezident İlhamƏliyevin bu barədə səsləndirdiyi fikirləri və atdığı addımlarıdiqqətə çatdırıb.

Görüşdə parlamentlərdə mövcud olan dostluq qruplarınınəməkdaşlığının və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeydolunub.

Söhbət zamanı Türk Dövlətləri Parlament Assambleyasının XIVplenar iclasının və orada müzakirəsi nəzərdə tutulan məsələlərintəşkilatın gələcək fəaliyyətində önəminə dair fikirlərsəsləndirilib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqındafikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
47
21
az.trend.az

10Mənbələr