AZ

Sabri Sarıoğlu millidən ayrıldı

style='margin-bottom:10px;'>

Türkiyənin 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Sabri Sarıoğlu vəzifəsindən ayrılıb.

QOL.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. O, Türkiyə Futbol Federasiyası ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verildiyini bildirib.

Qeyd edək ki, S.Sarıoğlu 2023-cü ildən U-19-u çalışdırırdı. O,14 il - 2003-ci ildən 2017-ci ilə qədər "Qalatasaray"da çıxış edib. Sarıoğlu Türkiyə millisində 43 oyuna çıxıb.

Seçilən
44
1
teleqraf.com

2Mənbələr