ain.az, Azpost saytına istinadən bildirir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu ilin iyun martın 19-da “ABB-İnnovasiya” şirkətini dövlət qeydiyyatına alıb.
Şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətidir.
Şirkət ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) 1 mln. manat nizamnamə kapitalı ilə yeni törəmə şirkətidir.
Nizamnamə kapitalı 1 milyon manat olan şirkətin qanuni təmsilçisi Eminov Həsən Etibar oğludur.
Məlumata görə, H.Eminov 2022-ci ilin martından bankın Agile ofisinə rəhbərlik edir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Yeni şirkət AZ1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami ev.67. hüquqi ünvanında yerləşir.
Qeyd edək ki, 13 dekabr 2024-cü il tarixində qiyabi şəkildə ABB Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdi və həmin vaxt törəmə innovasiya şirkətinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilmişdi.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.