AZ

Ranyeri İtaliya millisinə rəhbərlik etməkdən imtina edib

Təcrübəli mütəxəssis Klaudio Ranyeri İtaliya millisinin baş məşqçisi postunu qəbul etməyib.

90deqiqe.Az-ın " DerbyDerbyDerby.it"ə istinadən yaydığı məlumata görə, halbuki ilkin mərhələdə o, bu təklifi qəbul etməyə hazır görünsə də, Ranyerinin namizədliyinə “Roma” klubu da müsbət yanaşıb. Lakin buna baxmayaraq, 72 yaşlı mütəxəssis son anda İtaliya Futbol Federasiyasına imtina cavabı verib.

Bu qərarla federasiya yeni baş məşqçi axtarışlarını davam etdirməli olacaq.

Xatırladaq ki, yığma komandadan ayrılan son məşqçi Luçano Spalletti olmuşdu.

Ranyeri uzun və zəngin məşqçilik karyerası ərzində 20-dən çox klubda çalışıb. O, yığma səviyyəsində yalnız Yunanıstan millisində işləyib, lakin heç vaxt doğma İtaliya yığmasına rəhbərlik etməyib. Görünür, bu şans ona bir daha qismət olmayacaq.

Seçilən
66
90deqiqe.az

1Mənbələr