AZ

Zelenskidən İDDİA: “Rusiya Odesanı ələ keçirib, Moldova və Rumıniya sərhədinədək irəliləməyi planlaşdırır” - VİDEO

“Rusiya Odesanı ələ keçirməyi, daha sonra isə Moldova və Rumıniya sərhədinədək irəliləməyi planlaşdırır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna–Cənub-Şərqi Avropa sammitində bəyan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Rusiya təşkilatları və vətəndaşlarına qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ


“Rusiya hərbi planları bu bölgəyə — Odesa və daha sonra Moldova ilə Rumıniya sərhədinədək uzanır. Əlbəttə, bizim həm dərhal müdafiəyə, həm də bu cür hadisələrin baş verməməsi üçün uzunmüddətli zəmanətlərə ehtiyacımız var.

Buna görə də müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinə praktik zərurət kimi yanaşmaq vacibdir.

Hava hücumundan müdafiədən tutmuş kibertəhlükəsizliyə qədər bizə təhdidlərin qarşısını alan effektiv mexanizmlər lazımdır,”— deyə Zelenski vurğulayıb.


Bizim.Media

Seçilən
70
3
bizim.media

4Mənbələr