Qaz və işıq üçün yeni sabit aylıq tarif tətbiq olunacaq.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişikliklər təklif edilir.
Qeyd edək ki, bir sıra MDB ölkələrində bu cür tariflər "sayğaca xidmət" tarifi kimi adlanır. Bu tariflər ölkələrin iqtisadi durumuna görə müəyyən edilir.
Qərb ölkələrində abonentin kommunal ödənişlərdən əlavə illik xərci 100-300 dollar təşkil edir. Ən yüksək tarif Böyük Britaniyadadır. Yeni Zelandiyada isə tariflər günlük hesabla abonentə göndərilir. Bu xidmətə qoşulan zaman kommunal xər olmasa belə, tarifə uyğun olaraq ödəniş edilməlidir.
Ekspertlər bildirir ki, postsovet məkanda bu ödənişlər təxminən 70 qəpiklə-1 manat arası dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.