İngiltərənin “Çelsi” klubu Ceydon Sançonun icarə müddətinin başa çatdığını və futbolçunun “Mançester Yunayted”ə qayıdacağını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ceydonun səylərinə görə ona təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”, – deyə London klubunun bəyanatında qeyd olunub.
25 yaşlı hücumçu 2024-cü il avqustun 31-də “Çelsi”yə icarə əsasında qoşulmuşdu. Geridə qalan mövsümdə Sanço bütün turnirlər üzrə 42 oyunda meydana çıxıb, 5 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Sançonun hazırkı bazar dəyəri 28 milyon avro təşkil edir.